İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Səid Əbdülrəhim Musəvi bəyan edib: “Biz müharibəyə başlayan tərəf deyildik, lakin bütün gücümüzlə təcavüzkara cavab verdik. Qarşı tərəfin atəşkəslə bağlı öhdəliklərinə sadiq qalacağına ciddi şübhəmiz var. Bu səbəblə, düşmənin təcavüzünü təkrar edərsə sərt və qətiyyətli cavab verməyə tam hazırıq.”
Az.rasthaber.com xəbər verir ki, General Musəvi bu açıqlamaları Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ilə telefon danışığı zamanı deyib. Söhbət zamanı tərəflər 12 günlük müharibə, regiondakı proseslər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar.
Musəvi qeyd edib ki, sionist rejim və ABŞ-nin İran ərazisinə təcavüzü, İranın maksimum təmkin göstərməsinə və ABŞ ilə dolayı danışıqların davam etməsinə baxmayaraq, baş verib. “Bu iki rejim beynəlxalq qayda və normalara heç bir hörmət göstərmədiklərini bir daha nümayiş etdirdilər. Bu, 12 günlük təcavüzkar müharibədə də onlar qeyri ciddi olduqları dünya ictimaiyyəti üçün sübut olundu - deyə o əlavə edib.
İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi vurğulayıb: “Biz savaş başlatmadıq, amma güclü cavab verdik. Qarşı tərəfin razılaşmalara əməl edəcəyinə inanmadığımız üçün, təkrar hücum halında cavabımız gecikməyəcək.”
Xalid bin Salman, telefon danışığında Səudiyyə Ərəbistanı hökumətinin təcavüzləri yalnız pisləməklə kifayətlənmədiyini, müharibə və hücumların dayandırılması üçün ciddi səylər göstərdiyini bildirib. O, həmçinin son müharibə zamanı şəhid olan İran Silahlı Qüvvələrinin bir sıra komandirlərinin ailələrinə başsağlığı verib.