İran ilk dəfə olaraq koronavirusun genomunu müəyyənləşdirə və onun genetik ardıcıllığını təyin edə biliblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranlı tədqiqatçılar ölkədə ilk dəfə olaraq koronavirusun genomunu müəyyənləşdirə və onun genetik ardıcıllığını təyin edə biliblər.
İran Biotexnologiya Cəmiyyətinin sədri Sirus Zeynəli dünən bildirib ki, indiyədək 4000 koronavirus ardıcıllığı qeydə alınıb. Onların başlıca hissəsi Amerikaya aiddir. İranlı alimin sözlərinə görə, iranlı tədqiqatçılar sanksiya şəraitində bu uğura nail ola və onu genetik ardıcıllığını müəyyən edə biliblər.
Zeynəli elmi və ümumi forumlarda koronavirusun genetik mutasiyası məsələsinə toxunaraq deyib: "Bəziləri bu qənaətdə idilər ki, bu virus İranda mutasiya edib və daima dəyişməkdədir. İran növü və digər halların genetik ardıcıllığına əsasən bu məsələ həqiqətə uyğun deyil."
"Koronavirusun genetik ardıcıllığının müəyyən edilməsilə məlum olub ki, bu virus üçün dərman və ya vaksina istehsal olunarsa, bütün ölkələrdə istifadə oluna bilər və hər bir cəmiyyət və ya ölkə üçün özünəməxsus vaksina düzəltməyə ehtiyac yoxdur. Bütün canlı hüceyrələr və viruslar onların həyatını təmin edən genetik struktura malikdirlər. Koronavirus da RNA genetik quruluşuna malikdir.
Bu virus insan hüceyrəsinin içərisinə daxil olan kimi çoxalır və əvvəlki virusa bənzər yeni bir virus yaradır. Yeni düzəldilmiş virusun çıxışından sonra hər bir virus digər bir hüceyrərə hücum edir.", -deyə İranlı alim əlavə edib.