Altı Avropa ölkəsi İranla ticarət mexanizmi - İNSTEX-ə qoşulduğunu açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Belçika, Danimarka, İsveç, Finlandiya, Norveqiya və Niderlandın birlikdə açıqlamasında bu haqda məlumat verilib.
İRNA-da yayımlanan açıqlamada qeyd olunur ki, bu 6 Avropa ölkəsi İranla ödənişlər və ticarət sistemi olan - "INSTEX" mexanizminə qoluşma ərəfəsindədirlər.
Fransa, Almaniya və Böyük Britaniya ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra "INSTEX" mexanizmini yaradıblar. Bu mexanizm ilk öncə ödənişlər üçün nəzərdə tutulsa da, sonradan ticarət də mexanizmə salınıb.
İsrail mediası "INSTEX" mexanizminin işə düşməsinin ilk etapında İrana səhiyyə avadanlıqları, dərmanlar və kənd təsərrüfatı məhsullarının gətiriləcəyini yazıb.