İranla nüvə sazişi üzrə danışıqlar yenidən başlayıb

İranla nüvə sazişi üzrə danışıqlar yenidən başlayıb

“Enrike Moranın İran səfəri kifayət dərəcədə müsbət idi və nüvə danışıqlarında yaranmış durğunluq bitib. Danışıqlar yenidən başlayır”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik üzrə Ali rəsmisi Cozef Borrel deyib.

O, Almaniyada G7 ölkələrin toplantısında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, dalana dirənmiş danışıqlar indi durğunluqdan çıxıb və razılığın əldə edilməsi üçün üfüq var.

Müavini Enrike Moranın Tehran səfərini kifayət dərəcədə müsbət adlandıran Aİ-nın Ali rəsmisi eyni zamanda qeyd edib ki, mövcud ixtilafları bir gecədə həll etmək mümkün deyil.

Qeyd edək ki, Aİ-nın nüvə danışıqlarındakı təmsilçisi iki gün İranda səfərdə olub və ötən gün Brüsselə qayıdıb. Almaniya polisi qayıdan zaman bir neçə saatlığa onu saxlayıb və mobil telefonları da daxil olmaqla əşyalarını zəbt edib.

Xəbəri paylaş

VİDEOLAR