BƏƏ Prezidentinin diplomatik məsləhətçisi Ənvər Qarqaş deyib
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, BƏƏ Prezidentinin müşaviri çıxışında mövcud vəziyyəti nəzərə alaraq, Tehrana qarşı diplomatiyadan başqa heç bir seçim olmadığını etiraf edib.
BƏƏ Prezidentinin diplomatik məsləhətçisi Ənvər Qarqaş ABŞ-ın yeni rəhbərliyinin İran İslam Respublikasına qarşı strategiyasına toxunaraq bildirib: "İranla diplomatiyadan başqa praktiki olaraq heç bir seçim yoxdur, bu səbəbdən Baydenin diplomatiyaya üstünlük vermək hüququ var. Özümüz də İrana qarşı diplomatiyadan başqa başqa bir seçim görmürük. Bölgə ölkələri eyni baxışa və münasibətə sahibdirlər və müxtəlif məsələlərin danışıqlar və dialoq yolu ilə həll edilməli olduğuna inanırlar".