İranla Azərbaycan arasında hərbi əməkdaşlıq erməniləri narahat edib

İranla Azərbaycan arasında hərbi əməkdaşlıq erməniləri narahat edib

Ermənistanın arminfo portalı İranın hərbi nümayəndə heyətimnin Qarabağa səfərindən ermənilərin narahat olduqlarını büruzə verib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Arminfo yazıb ki, iranlı hərbi mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycanın azad edilmiş ərazilərində olub.

Qeyd olunur ki, çərşənbə axşamı İranın Bakıdakı səfirliyinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin üzvləri Bərdə və Tərtər şəhərlərində olublar. Orada İkinci Qarabağ müharibəsi zamanı bu şəhərlərin bombalanmasının nəticələri ilə tanış olublar.

İran nümayəndə heyətinin səfəri avqustun 20-dək davam edəcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar.

İranlı qunaqlara Azərbaycan Respublikasının işğal dövründə dağıdılmış tarixi abidələri və yaşayış məntəqələri, eləcə də həmin ərazilərdə işğaldan sonra aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, bütün Qarabağ və ətrafdakı rayonlar Azərbaycan Respublikasının qanuni əraziləridir və İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İkinci Qarabağ Müharibəsinin qızğın vaxtı erməniləri bütün əraziləri Azərbaycana qaytarmağa çağırmış, müharibədən sonra isə ərazilərin işğaldan azad olunmasına görə məmnunluq ifadə etmişdi.

Xəbəri paylaş

VİDEOLAR