İran İslam Respublikasının Avstriyadakı səfiri Abbas Baqirpur bildirib
"Görülən tədbirlər nəticəsində Avstriya Hava Yolları Vyana-Tehran-Vyana reysi üzrə birbaşa uçuşlarını bərpa edib."
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, bunu İran İslam Respublikasının Avstriyadakı səfiri Abbas Baqirpur Tvitterdəki öz şəxsi səhifəsində yazıb.
Baqirpur deyib: "Bu uçuşlar hazırda həftədə dörd gün həyata keçirilir".
İranlı diplomatın dediyinə görə, "İran Air" hava yolları şirkəti də həftənin şənbə və cümə axşamı günləri Tehran-Vyana-Tehran marşurutu üzrə uçuşlar həyata keçirir.