İranın yəhudi deputatı Charlie Hebdo-nun karikaturalarını pislədi

İranın yəhudi deputatı Charlie Hebdo-nun karikaturalarını pislədi

İran parlamentinin yəhudi deputatı Siyamək More Sedq açıqlama verib

Rasthaber Azərbaycan “Fars”-a istinadən xəbər verir ki, İran parlamentinin yəhudi deputatı Siyamək More Sedq bildirib ki, Fransanın “Charlie Hebdo” jurnalının İslam dininin Müqəddəs Peyğəmbərini (s) təhqir edən karikaturları yenidən dərc etməsi ədəbsizlik və tərbiyəsizliyin son həddidir.

“Charlie Hebdo” tərəfindən təhqirlər bu jurnalın son dərəcə ehtiyatsızlıq və ədəbsizliyini nümayiş etdirir. (Onların bu hərəkəti) milyonlarla müsəlmanların dəyərlərini təhqir edir. (Onlar) azaqlıqdan sui-istifadə edirlər”, – deyə o bildirib.

Sedq əlavə edib ki, jurnalın hərəkətləri parçalanmadan başqa nəticə vermir.

“Söz azadlığı düşüncə azadlığına uyğun olduqda və insanlara xidmət etdikdə məna kəsb edir, digər cəmiyyətlərin təhqiri məqsədini daşıdıqda yox”, – deyə o qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR