İranın yeni seçilən prezidenti İbrahim Rəisinin andiçmə mərasimi

İranın yeni seçilən prezidenti İbrahim Rəisinin andiçmə mərasimi

İran İslam Respublikasının yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimi bu gün yerli vaxtla 17:00-da Tehranda baş tutacaq.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  Tehrandakı mərasimə çox sayda xarici qonaq qatılacaq. İran Parlamenti-İslam Şurası Məclisinin Rəyasət Heyətinin rəsmi nümayəndəsi Seyid Nizaməddin Musəvinin sözlərinə görə, 73 ölkədən 115 nümayəndə açılışda iştirak etməyə hazır olduqlarını açıqlayıb.

Mərasimdə 10 dövlət başçısı, 20 parlament sədri, 11 xarici işlər naziri, 10 nazir və digər rəsmi şəxslər iştirak edəcək. Rusiya Federasiyasını Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti də bu andiçmə mərasimində iştirak edəcək. 

Andiçmə mərasimi zamanı Tehran və ətrafında olan hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılacaq.

Xəbəri paylaş

VİDEOLAR