İranın XİN rəhbəri Seyid Həsən Nəsrullah ilə görüşüb

İranın XİN rəhbəri Seyid Həsən Nəsrullah ilə görüşüb

Livana səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfərləri çərçivəsində Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Fələstin və Livandakı son hadisələrin qiymətləndirildiyi görüşdə bölgədəki vəziyyət, hadisələrin gedişi ilə bağlı mövcud imkanlar və İsrailin Qəzza zolağına təcavüzünün dayandırılması üçün görülən səylər müzakirə edilib.

Xarici işlər naziri Abdullahiyan dünən Beyruta gedib və Livan parlamentinin sədri Nebih Berri, baş nazir Nəcib Mikati, həmçinin Fələstin İslami Cihadın baş katibi Ziyad əl-Nəhhale və Həmas-ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsi Xəlil əl-Hayye ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR