İranın XİN başçısı Misir prezidenti ilə görüşüb

İranın XİN başçısı Misir prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Seyid Abbas İraqçı Misir rəsmiləri ilə görüşmək üçün Misirə səfəri çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü daha əvvəl şənbə günü jurnalistlərə açıqlamasında xarici işlər nazirinin Misir və Livana səfərlərinin planlaşdırıldığını açıqlamışdı.

Sözçü İran İslam Respublikasının region ölkələri ilə əlaqələr və koordinasiyanın gücləndirilməsinə önəm verdiyini vurğulayaraq, İraqçının Misir və Livana səfərlərinin ikitərəfli əlaqələr, regional vəziyyət, xüsusilə də işğal altında olan Fələstində baş verənlər barədə məsləhətləşmələr və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi məqsədilə həyata keçirildiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR