İranın xarici işlər naziri sabah Beyruta səfər edəcək

İranın xarici işlər naziri sabah Beyruta səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livan rəsmiləri ilə görüşmək üçün sabah Beyruta gedəcək.

Az.rasthaber.com xəbər verir ki, İranın Beyrutdakı səfiri Müctəba Əmani sosial media X platformasındakı paylaşımında xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın sabah Beyruta gedəcəyini açıqlayıb.

Amani yazısında deyib:

"Bu səfər regional hadisələrlə bağlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir. Xarici işlər naziri Livanın yüksək səviyyəli rəsmiləri ilə mühüm görüşlər keçirəcək".

Xəbəri paylaş

VİDEOLAR