İranın xarici işlər naziri Cənubi Afrikaya səfərə gedib

İranın xarici işlər naziri Cənubi Afrikaya səfərə gedib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan BRİKS qrupu xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Cənubi Afrikaya gedib.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cənubi Afrika Respublikasının dəvəti ilə BRİKS qrupu xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün yüksək səviyyəli siyasi heyətin müşayiəti ilə Keyptauna gedib.

Qeyd edək ki, İyunun 2 və 3-də BRİKS qrupunun xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

İran BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulmaq üçün rəsmi müraciət edib.

Xəbəri paylaş

VİDEOLAR