İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.
Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.