İranın vitse-prezidenti: İranın regional münasibətlərdə ən güclü əlaqələrindən biri Azərbaycanladır

İranın vitse-prezidenti: İranın regional münasibətlərdə ən güclü əlaqələrindən biri Azərbaycanladır

İran İslam Respublikasının regional münasibətlərdə ən güclü əlaqələrindən biri dost və qardaş Azərbaycanladır.

Rasthaber Azərbaycan Trend-ə istinadən məlumatına görə, bunu İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt Ərdəbil vilayətində jurnalistlərə açıqlamasında deyib.

M.B.Nobəxtin sözlərinə görə, buna görə, iki ölkə münasibətlərinin inkişaf etdirilməsi üçün bütün lazımi addımlar atılır.

Nobəxt əlavə edib ki, infrastrukturların yaranması ilə İran Azərbayanla birgə layihələri həyata keçirə bilər və bu, hökumətin prioritetlərindən biridir.

İran prezidentinin müavini yaxın gələcəkdə iki ölkənin ticarət əlaqələrində böyük irəliləyişin əldə olunacağına ümid edib.

Xəbəri paylaş

VİDEOLAR