İranın təhsil naziri istefaya göndərilib

İranın təhsil naziri istefaya göndərilib

İranın təhsil naziri Yusif Nuri istefaya göndərilib.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Yusif Nurinin istefa ilə bağlı ərizəsini qəbul edib. Onun yerinə Fərahəngian Universitetinin rektoru Reza Murad Sahrai təyin olunub.

Yeni nazir 1977-ci ildə anadan olub. Əllamə Təbatəbai Universitetində Dilçilik üzrə doktorluğu müdafiə edib. Bu universitetin professorudur. Ötən ilin mayından Fərahəngian Universitetinin rektoru seçilib.

Xəbəri paylaş

VİDEOLAR