İranın Tele-Radio Təşkilatının sədri müqavimət medialarının bloklanmasından danışıb

İranın Tele-Radio Təşkilatının sədri müqavimət medialarının bloklanmasından danışıb

İranın Tele-Radio Təşkilatının sədri ABŞ-ın başçılığı altında olan dünya imperializmi ilə sionist rejimin müqavimət mediaları qarşısındakı sabotajından danışıb

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İranın Tele-Radio Təşkilatının sədri Əbduləli Əli Əsgəri İslami Radio və Televiziyalar Birliyi Assambleyasının onuncu iclasında sonra bildirib ki, bu mediaların dayağı, müqavimətli, cihadi və əzmkar insanlardır və onlar öz yollarını davam etdirəcəklər.

İranın TeleRadio Təşkilatının sədri qeyd edib ki, əgər torpaqda kökə malik olan bir fidanın qol-budağını qırmış olsaq, əslində onu qıcıqlandırmış olarıq və o fidan da bar vermək istiqamətində hərəkət etmiş olacaq.

"Səhər" Telekanalının məlumatına görə, Əli Əsgəri vurğulayıb ki, düşmənlər müqavimət medialarını bağlamaqdan bir mənfəət əldə etməyəcəklər.

"Bilin ki, gələcəkdə bu medialar keçmişdəkindən daha güclü hərəkət edəcəklər və əgər tarixə nəzər salsanız, bunu görmüş olacaqsınız və Allah-Taala kömək vədini verib.", - deyə İranın Tele-Radio Təşkilatının sədri bildirib.

Xəbəri paylaş

VİDEOLAR