İranın səhiyyə naziri açıqlama verib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə naziri deyib ki, yaxın gələcəkdə İran İslam Respublikası tərəfindən elan ediləcək nailiyyət infeksion xəstəliklərə nəzarət sahəsində İranı dünya səviyyəsində birinci edəcək.
Səid Nəməki ölkədə koronavirus xəstələrinə müalicə xidmətlərinin göstərilməsi və ümumi sağlamlağın qorunması istiqamətində görülən tədbirlərə işarə edərək deyib: "Hərçənd koronavirusla mübarizə sanksiya şəraitində çətindir, amma xəstələrə xidmətin göstərilməsi, İranda koronavirusun yayılmasının qarşısının alınması var güc ilə davam etdiriləcək."
Nəməki bildirib ki, İran infeksion xəstəliklərin nəzarətə alınmasında aydın bir nöqtəyə çatıb.
"Xüsusi qərargahın təşkili ilə, İslam İnqilabı Keşikçiləri Korpusu və ordu özəl sağlamlaşdırma və fəaliyyət mərkəzləri yaradıb və müalicə kadrının ehtiyaclarını aradan qaldıraraq, xidmətgöstərmə səviyyəsini yüksəldib.", -deyə nazir əlavə edib.
İranın səhiyyə naziri həmçinin ölkənin yol nazirliyi, nizam-intizam qüvvələri və məhkəmə aparatının həmkarlıqları ilə İranda hərəkətin qadağan edilməsi layihəsinin icrasına da toxunub: " Ölkədə koronavirusun ötürülməsi halqasının kəsilməsi üzrə nəzarət tədbirləri təkmilləşib və hazırda ölüm halları azalıb, xəstəxanalarda xidmətin göstərilməsi şəraiti də yaxşılaşıb."
Nəməki İranda koronavirusla mübarizə və xəstəliyin diaqnozu layihəsində təqribən 62 milyon nəfərin dispanserləşdirilməsinə də toxunub.