İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün iyul ayında dəqiqləşəcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, BRICS qrupu ilə bağlı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib:
"Keçən ildən biz İranın BRICS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qoşulması üçün rəsmi müraciət etmişik.
Nəticədə, Prezident Rəisi BRİKS-ə üzv liderlərin görüşündə vebinar şəklində iştirak edib.
Sonra bizi cümə günü keçiriləcək BRİKS xarici işlər nazirlərinin toplantısına dəvət etdilər".
Əmir Abdullahiyan həmçinin İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünün iyul ayında dəqiqləşəcəyini açıqlayıb.