İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

Konfransda İran, Azərbaycan və Qafqazdan İslam alimləri və akademiklər iştirak edəcəklər.

İranın Qum şəhərində Dini Elmlər Hövzələri İdarəetmə Mərkəzinin təşəbbüsü ilə və Həzrət Ayətullahuluzma Xameneinin Rəbiül-Əvvəl ayının 17-də (2020-ci il 3 noyabr) Qarabağ məsələsi ilə bağlı çıxışını araşdırmaq məqsədilə ilk Beynəlxalq "Qarabağ 17 Rəbiül-Əvvəl" Konfransı keçiriləcək.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, martın birində keçiriləcək bu konfransda, Ayətullah Xameneinin Qarabağla bağlı çıxışının əsas istiqamətləri, nəzərdən keçirilib, şərh ediləcək.

İslam İnqilabının Böyük Rəhbəri, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli və qan tökülməsinə son qoyulması üçün bu  bəyanatı Rəbiül-Əvvəl ayının 17-də etdiyi çıxışında buyurmuşlar.

Konfransda İran, Azərbaycan və Qafqazdan İslam alimləri və akademiklər iştirak edəcəklər.

Xəbəri paylaş

VİDEOLAR