İranın Qətərdəki səfiri HƏMAS rəsmilərilə görüşüb

İranın Qətərdəki səfiri HƏMAS rəsmilərilə görüşüb

İranın Qətərdəki səfiri Fələstin müqaviməti HƏMAS lideri və üzvlərilə Dohada biraraya gəlib

Rasthaber Azərbaycan xəbər verir ki, bazar gecəsi İran səfiri Twitter hesabında, Dohada Rusiya, Türkiyə və Cənubi Afrika səfirlərindən başqa, Həmas lideri İsmayıl Haniyə ilə görüşdüyünü bildirib.

"Hörmətli Haniyə, bizə son proseslər və Fələstin müqavilələri haqqında məlumat verdi. Bu görüşdə Dr. Əbu Mərzuq və digər üzvlər də iştirak etdi. Fələstinlilərin vəhdətindən razıyıq və dəstəkləyirik.", -deyə Dehqani əlavə edib.

Bir müddət öncə Fələstinli siyasi təşkilatlar parlament seçkilərinin keçirilməsinə qarşı illərdir davam edən parçalanmadan sonra ilk dəfədir birlik və vəhdət üçün razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR