İranın qərbində İsrailə məxsus 17 qabaqcıl PUA zərərsizləşdirilib

İranın qərbində İsrailə məxsus 17 qabaqcıl PUA zərərsizləşdirilib

İran Ordusu Quru Qoşunlarının Qərb Regional Qərargahının komandanı general Süleyman Taheri bəyan edib ki, yerli istehsal olan “Məcid” hava hücumundan müdafiə sistemləri sionist rejimin qabaqcıl pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.

Az.rasthaber.com xəbərverir ki, İran Ordusu Quru Qoşunlarının Qərb Regional Qərargahının komandanı general Süleyman Taheri deyib:

“İran Ordusu Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri ölkənin qərb bölgəsində düşmənə məxsus 17 pilotsuz uçuş aparatını (PUA) aşkar edərək məhv etməyə müvəffəq olub”.

Təsnim xəbər agentliyinin məlumatına görə, general Taheri bu açıqlamaları verib: “Hava hücumundan müdafiə bölmələrinin əməliyyatının ən mühüm uğuru sionist rejimə məxsus qabaqcıl Heron pilotsuz uçuş aparatının vurulması olub.

Kəşfiyyat, casusluq və döyüş növü kimi tanınan “Heron” pilotsuz uçuş aparatı ölkənin qərb bölgəsində yerli “Məcid” hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək uğurla vurulub.

"Heron pilotsuz uçuş aparatı 30 saat havada qala bilir. Təxminən 900 km məsafədə fəaliyyət göstərə bilən PUA saatda 150 ilə 180 kilometr kruiz sürətinə malikdir və təxminən 40 milyon dollar dəyərindədir.

Vurulan PUA-ların əksəriyyəti iranlı mütəxəssislər tərəfindən hazırlanmış sistemlərlə məhv edilən İsrail istehsalı olan “Hermes” PUA-ları olub. Bu uğur bir daha ölkənin müdafiə sənayesinin ən qabaqcıl hava təhdidləri ilə mübarizə aparmaq qabiliyyətinin yüksək olduğunu sübut edir.

Sionist İsrail rejimi iyunun 13-nə keçən gecə İrandakı strateji nöqtələri hədəf alan hücuma keçib. İran sionist İsrailə yüzlərlə raketlə cavab verib.

Xəbəri paylaş

VİDEOLAR