İranın nüvə proqramı üzrə müzakirələrin yeri və vaxtı tezliklə elan ediləcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələrin yer və vaxtının açıqlanmaması onun dayandırılması anlamı daşımır: “İran müzakirələrdə ciddidir. Hazırda İran və Qərb ölkələri arasında müzakirələrin davam etdirilməsi üçün məsləhətləşmələr aparılır. Tezliklə növbəti müzakirələrin yeri və vaxtı açıqlanacaq”.