İran Prezident aparatının rəhbəri Mahmud Vaizi bu haqda danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Prezident aparatının rəhbəri Mahmud Vaizi Cümə günü apardığı söhbətdə İranla Atom Enerjisi Təşkilatının razılaşması haqda danışıb.
"Atom Enerjisi Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşması ilə dünyaya nüvə proqramımızın dinc mahiyyət daşıdığını göstərdik. İran, Əhatəli Müştərək Təşəbbüs Proqramından əvvəl MAQATE-nin üzvü idi və təhlükəsizlik təminatlarına sadiq qalıb və MAQATE vasitəsilə , təhlükəsizlik tədbirləri əsasında hərəkət edərək dünyaya nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu göstərməkdə israrlıydık.", -deyə o əlavə edib.