“Xam neft hasilatı sanksiyalardan əvvəlki səviyyəyə çatıb.”
Az.Rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.
Cavad Oucinin sözlərinə görə, ölkənin neft hasilat imkanları ABŞ-ın ölkə neftinə qarşı sanksiyalarından öncəki səviyyəyə çatıb.
O bəyan edib ki, İranın neft hasilatının hazırkı gücü gündə 3,8 milyon bareldən çoxdur.
Nazir Ouci İran televiziyasına müsahibəsində deyib: Quruda və dənizdə neft yataqlarında lazımi tədbirlərlə, yeni quyuların qazılması, quyuların təmiri və bərpası, obyektlərin və neft toplama mərkəzlərinin yenidən qurulması və modernləşdirilməsi və sair addımlar sanksiyalardan əvvəl mövcud neft hasilatı imkanın yaranmasına gətirib çıxarıb.
"Bizim işimizdə və bu qədər istehsal etməyimizdə heç bir problemimiz yoxdur", deyə o əlavə edib.