“İranın müqavimətə dəstəyi müqavimətin Fələstin və Livanda son qələbəsinə qədər davam edəcək”.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Ayətullah Xameninin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Fələstin Müqaviməti Hərəkatının (HƏMAS) Rəhbərlik Şurasının sədri və üzvləri ilə görüş zamanı bəyan edib.
O, müqaviməti qələbə münasibətilə təbrik edərək deyib: “Biz Qəzza hadisələrində İsrailin məhvə məhkum olduğunu öz gözlərimizlə gördük. 470 günlük müqavimətdən sonra məlum oldu ki, bu məqsədə çatmaq olar”.
Əhmədian Qəzza müqavimətinin beynəlxalq nailiyyətlərinə toxunaraq deyib: “Fələstini dəstəkləməsi heç vaxt təsəvvür olunmayan insanlar Qəzza müqavimətinin tərəfdarı oldular. Bu gün biz görürük ki, bütün dünya, hətta Avropa və Qərb rəsmiləri də Fələstin xalqının hüquqlarını təsdiqləyir. Halbuki, Əl-Əqsa Tufanı əməliyyatından əvvəl belə bir vəziyyət yox idi. Bu nailiyyət qanın qılınc üzərində qələbəsinin bəhrəsidir”.
O, Qəzza xalqının müqavimətinin ölçülərini açıqlayaraq vurğulayıb: “Qəzzalılar nümunəvi müqavimətləri ilə həm özləri, həm də gələcək nəsillər üçün nümunə oldular. Biz də Qəzza xalqına dəstək olmaq, onların uğurlarını, Fələstin və Livandakı müqaviməti davam etdirmək üçün üzərimizə düşən işi etməyə davam edəcəyik”.