İranın Mülki Aviasiyası məlumat yaydı: ABŞ qırıcıları bizim mülki təyyarəyə qarşı...

 İranın Mülki Aviasiyası məlumat yaydı: ABŞ qırıcıları bizim mülki təyyarəyə qarşı...

İranın Mülki Aviasiya Təşkilatının İctimai Əlaqələr Şöbəsi məlumat yaydı

Rasthaber Azərbaycan İslamazeri.com-a istinadən xəbər verir ki,  İranın Mülki Aviasiya Təşkilatının İctimai Əlaqələr Şöbəsinin məlumatında deyilir:

"Amerika Birləşmiş Ştatları qırıcılarının cümə axşamı günü beynəlxalq hava dəhlizlərində, Suriya səmasında İranın Mahan şirkətinin 1152 saylı reysinə təcavüzü nəticəsində bir neçə sərnişin bədən xəsarətlərinə məruz qalıb.

Tehranın İmam Xomeyni hava limanından Beyruta uçan bu sərnişin təyyarəsinin pilotun, təyyarə təcavüzkar qırıcılarla toqquşmasın deyə, reaksiya göstərməsinə görə, bir neçə sərnişin yaralanıb".

"Bu hadisənin detalları Suriya Mülki Aviasiya Təşkilatı rəsmilərinin bəzi faktiki informasiyalarının, həmçinin hadisənin araşdırıılması prosesinə əsasən, əldə olunan məlumatlar və bütün texniki dataların araşdırılmasından sonra yayılacaq.

İranın Mülki Aviasiya Təşkilatı amerkan qırıcıların İranın sərnişin təyyarəsinə qarşı təcavüzü beynəlxalq hüquq normaları, həmçinin aviasiya qaydaları və standartlarının pozulmasının bariz nümunəsidir. Ciddi etirazımızı rəsmi şəkildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası- İKAO-ya təqdim edirik  və bu məsələyə dərhal baxılmasını tələb edirik", - deyə  İranın Mülki Aviasiya Təşkilatı əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR