İran Müdafiə Nazirliyinin məhsulu olan COVID-19 diaqnozu üzrə təsbit şüşəsinin geniş istehsalına başlanıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Müdafiə Nazirliyinin məhsulu olan COVID-19 diaqnozu üzrə təsbit (test) şüşəsinin geniş istehsalına başlanıb.
Bu test şüşəsi üç saat ərzində xəstəliyi yüksək dəqiqlik və düzgünlüklə müəyyən edə bilir.
Həmçinin bu test şüşəsi dünyada yayılmış bütün genomları üzə çıxarmaq qabiliyyətinə malikdir.
Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.
Bu virus Çindən əlavə, demək olar ki, bütün dünya ölkələrinə sirayət edib.