İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri sanksiyaların İranın müdafiə inkişafına heç bir təsiri olmadığını vurğulayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi "Xaneyi Millət" xəbər agentliyi ilə müsahibədə, ölkələrin ABŞ-ın silah embarqosunun uzadılması barədə qərəzli tələbi ilə razılaşmadığını vurğulayıb.
"İran, inqilabın əvvəlindən bəri sanksiyalar şəraitində işləyib və sanksiyaların ölkənin müdafiə inkişafına heç bir təsiri olmayıb", - iranlı nazir əlavə edib.
Əmir Hatəmi, ABŞ-ın İrana qarşı silah embarqosunun müddətini uzatmaq cəhdələrinə toxunaraq deyib: "ABŞ rəsmiləri silah sanksiyalarını uzatmağa çalışırlar, ancaq müvəffəq olmayacaqlar."