İranın Müdafiə naziri ABŞ-a səsləndi

İranın Müdafiə naziri ABŞ-a səsləndi

İranın Müdafiə naziri general Əmir Xatəmi ABŞ-ın İran xalqına qarşı təzyiq siyasətini tənqid edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün İran İslam İnqilabının qələbəsinin 41-ci ildönümü səbəbilə təşkil olunan bir tədbirdə danışan İranın Müdafiə naziri general Xatəmi ABŞ-ın İran xalqına qarşı təzyiq siyasətini tənqid edib.

O bu haqda “İran xalqı heç vaxt imperializm cəbhəsinə boyun əyməyərək uğurla problemlərin öhdəsindən gələcəkdir.”, -deyə bildirib.

Düşmənlərə səslənən İran Müdafiə naziri xəbərdarlıq edib: “Sərhəd təhlükəsizliyimiz pozularsa və ya İslam İnqilabının dəyərlərinə qarşı bir addım baş verərsə, buna çox sərt cavab verərik.”

Xəbəri paylaş

VİDEOLAR