İranın Məşhəd şəhərində imam-cüməyə qarşı terror aktı planlayan qrup üzvləri ələ keçirilib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Xorasan-Rəzəvi Nümayəndələyi bəyanat verib.
Bəyanatda bildirilib ki, “Ceyşul-Ədl” terror qruplaşmasının Məşhəd şəhərində imam-cümə, əyalət binası və sair dövlət obyekt və adamlarına hücumlar planlayan qrupunün üzvləri müəyyənləşdirlirək, ələ keçirilib.
Bu şəxslərin sığınacaqlarından silah-sursat və partlayıcı maddələr aşkaralanaraq götürülüb.
Qrupla digər əyalətlərdə əməkdaşlıq edən şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyatların davam etdiyi deyilib.