İranın Kov Pars vaksininin sınaqları uğurlu olub

İranın Kov Pars vaksininin sınaqları uğurlu olub

"Kov Pars" layihəsinin baş tədqiqatçısı İranın hazırladığı "Kov Pars" peyvəndinin insan üzərində sınaqlarının uğurlu olduğunu bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, "Kov Pars" layiəhəsinin baş tədqiqatçısı Səid Kəlantəri bu barədə açıqlama verib.

"Kov Pars" vaksininin klinik sınaqlarının ikinci fazası 120 könüllü üzərində sabah, çərşənbə axşamından başlayacaq, və bu günə qədər ilk 13 könüllü arasında heç bir yan təsir qeydə alınmayıb", -deyə o bildirib.

Kəlantərinin dediyinə görə, ikinci fazada 120 könüllü peyvənd almaq üçün 30 nəfərlik dörd qrupa bölünəcək.

Razi İnstitutunun "Kov Pars" peyvəndinin kinik sınaqlarının epidemioloji tədqiqatının rəhbəri Məsud Süleymani Dodəran könüllülər üzərində bu peyvəndin inhalyasiya olunmuş dozasının səbəbləri barədə deyib: "Bu virusun burun və boğazda olduğu və bu bölgədə ifrazedici immunitet aktiv olduğu üçün bu virusun implantasiya edilməsinin qarşısını almağı bacarmalıyıq, bu səbəbdən də bu peyvəndin inhalyasiya olunmuş növünü seçdik."

Xəbəri paylaş

VİDEOLAR