İranın İraqdakı səfiri Ərbəinin keçirilib keçirilməyəcəyini açıqladı

İranın İraqdakı səfiri Ərbəinin keçirilib keçirilməyəcəyini açıqladı

İraq hökuməti bu il "Ərbəin" mərasiminin keçirilməsinə dair heç bir qərar qəbul etməyib və İraq bu il heç bir ölkədən xarici zəvvar qəbul etməyəcək.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  bunu İran İslam Respublikasının İraqdakı səfiri İrəc Məscidi bu ilki "Ərbəin" mərasimi ilə bağlı sorğulara cavab olaraq deyib. 

İrəc Məscidi bu ilki "Ərbəin" mərasimi haqda bir bəyanat yayıb: "Bu il koronavirus infeksiyasının yayılması və zəvvarların sağlamlığının təmin edilməsi kimi məsələləri nəzərə alaraq, indiyə kimi İraq rəsmiləri tərəfindən İran və ya hansısa digər ölkədən xarici zəvvarların İraqa buraxılmasına dair heç bir qərar qəbul edilməyib. Və İraq hökuməti bu il heç bir xarici zəvvarı qəbul etməyəcək." 

" Tasua və Aşura günlərində olduğu kimi "Ərbəin" günü də İraq şəhərlərində mərasimlər keçiriləcək. Amma, bu daxili bir məsələdir və İraq hökuməti bu məsələdə hansısa rola malik deyil.", -deyə iranlı diplomat əlavə edib.

İ.Məscidi "Ərbəin"ə çox az zamanın qaldığını və İraq hökumətinin mərasimin keçirilməməsinə dair mövqeyinin dəyişmədiyini nəzərə alaraq, bu il "Ərbəin" mərasiminin keçirilməyəcəyini deyib. 

Xəbəri paylaş

VİDEOLAR