İranın ilk humanitar yardımı Livana göndərilib

İranın ilk humanitar yardımı Livana göndərilib

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti açıqlama verib

İranın Qırmızı Aypara Cəmiyyətinin müxtəlif dərman preparatlarına və modul tipli xəstəxanaya şamil olan Livana ilk humanitar yardımlarını daşıyan təyyarə Beyrut beynəlxalq hava limanında yerə enib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir.

Məlumata görə, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Kərim Hemməti deyib: "Bu yük, dəyəri 150 min dollar olan 15 tondan çox dərman preparatlarına və tibbi ləvazimatlara, eləcə də 55 ton müxtəlif qida maddələrinə və bir modul tipli xəstəxanaya şamil olur. Bu istiqamətdə otuz nəfərlik bir tibb qrupu da Beyruta göndərilib".

Hemməti həmçinin İran xəstəxanalarında livanlı yaralıların qəbul edilmələrinə hazırlığın olmasına toxunaraq deyib: "İlkin dəyərləndirmədən və qarşıdakı günlərdə ehtiyacın elan olunmasından sonra qida maddələri, həmçinin dərman və tibb ləvazimatlarının göndərilməsi davam edəcək."

Xəbəri paylaş

VİDEOLAR