İranın hücumları sionistlərin Neft Emalı Zavodunu bağlatdırdı

İranın hücumları sionistlərin Neft Emalı Zavodunu bağlatdırdı

İranın raket hücumuna məruz qalan Hayfa neft emalı zavodu elektrik stansiyasına dəyən ziyana görə bağlanıb. BAZAN Group bütün obyektlərdə hasilatın dayandırıldığını və enerjinin bərpası üçün işlərin aparıldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İranın sionist İsrailə raket hücumu nəticəsində Hayfa neft emalı zavoduna ciddi ziyan dəyib.

Neft emalı zavodunun sahibi, İsraildə yerləşən BAZAN Group, elektrik stansiyasının zədələnməsi səbəbindən müəssisənin müvəqqəti bağlandığını açıqladı.

Şirkət neft emalı zavodunun və ona bağlı müəssisələrin də fəaliyyətinin dayandırıldığını və İsrail Elektrik Şirkəti ilə enerji təchizatının bərpası üçün səylərin davam etdiyini açıqlayıb.

Hücum zamanı neft emalı zavodunda 3 nəfərin həyatını itirdiyi öyrənilib.

Xəbəri paylaş

VİDEOLAR