25.06.2025 10:49:07
Tehran hava limanı fəaliyyətini bərpa edib.
Az.rasthaber.com xəbər verir ki, buna “Flightradar24″ün məlumatları dəlalət edir.
Qeyd edilib ki, İranın hava məkanı uçuşlar üçün yenidən açılıb, lakin Tehrana uçuş və Tehrandan qalxış üçün öncədən sorğu göndərilməlidir.
Xatırladaq ki, İsrailin İrana qarşı aqressiyası səbəbilə İranın hava məkanı 13 iyundan bəri qapalı idi.