İranın Əfqanıstandakı səfirindən ''İŞİD-Xorasan'' xəbərdarlığı

İranın Əfqanıstandakı səfirindən ''İŞİD-Xorasan'' xəbərdarlığı

İranın Əfqanıstandakı səfiri Həsən Kazimi Kumi İŞİD-Xorasan terror təşkilatının regional təhlükə olduğu barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Kazımi sosial media hesabından verdiyi açıqlamasında bildirib:

"Terrorizm, xüsusilə İŞİD-Xorasan, İran, Əfqanıstan və region ölkələri üçün ortaq təhlükədir; Biz Əfqanıstanı bu təhlükə ilə mübarizədə tərəfdaş kimi görürük. Bizim prioritetimiz bu sahədə əməkdaşlıq etməkdir.".

İŞİD-Xorasan son zamanlar Əfqanıstanın şərqində Pakistan sərhədinə yaxın, Əfqanıstanın şimalında Mərkəzi Asiya ölkələri ilə sərhədə yaxın və Əfqanıstanın qərbində İran sərhədinə yaxın yerlərdə güclənib.

İŞİD-H son illərdə Əfqanıstan, Pakistan və İranda törədilən ən qanlı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR