İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi: Talibanı tanımırıq

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi: Talibanı tanımırıq

"Əfqanıstanda bütün seqmentləri təmsil edən hərtərəfli hökumət qurulmayınca İran heç bir hökuməti tanımayacaq"

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Kumi deyib.

İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazimi Qumi Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasının birinci ildönümünü qeyd etmək üçün keçirilən proqramda iştirak edib.

Burada çıxış edən Kazimi Qumi deyib:

"Əslində əsgərlər getdi, amma Amerika kəşfiyyatı fəaliyyətini davam etdirir.

İran İslam Respublikası Əfqanıstan xalqını müdafiə etmək üçün Taliban ilə əlaqə qurmaq prosesinə başlayıb. 

Talibanla münasibətlərimiz bəzi milli məsələlərlə bağlı aparılıb. İran hərtərəfli hökumət (Əfqanıstanda bütün fraksiyaları təmsil edən) qurulmayınca heç bir hökuməti tanımayacaq.

Biz Talibanla danışıqlar apardıq, lakin onları (rəsmi olaraq) tanımırıq"

2020-ci ilin əvvəlində ABŞ ilə Doha razılaşmasını imzaladıqdan sonra ölkə ərazisini ələ keçirmə prosesi sürətlənən Taliban, irəliləyişini gözlənildiyindən xeyli tez başa vuraraq 2021-ci il avqustun 15-də paytaxt Kabildə hökmranlıq etdi.

Xəbəri paylaş

VİDEOLAR