İranın daxili işlər naziri ölkəsindəki seçkilərin təhlükəsizliyindən danışdı

İranın daxili işlər naziri ölkəsindəki seçkilərin təhlükəsizliyindən danışdı

İranın daxili işlər naziri deyib ki, seçkilərin tam təhlükəsiz və səhiyyə cəhətdən tamamilə sağlam keçirilməsi üçün bütün şərait yaradılıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, nazir Əbdorreza Rəhmani-Fəzli dünən korona ilə mübarizə üzrə milli komitənin əməliyyat qərargahının 15-ci iclasıdan sonra bu barədə danışıb.

O qeyd edib ki, bütün orqanlar təbliğat və seçki günlərində səhiyyə protokollarına maksimum riayətlə xalq iştirakının siyasi bayramı və son dərəcə mühüm bir məsələ olan seçklərin korona xəstəliyinin yayılması və güclənməsi üçün bir zəminə çevrilməsinə yol verməmək üçün tam hazırlığa malikdirlər.

İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR