İranın cənubunda güclü zəlzələ: Ölən və yaralananlar var

İranın cənubunda güclü zəlzələ: Ölən və yaralananlar var

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən 6,1 bal gücündə zəlzələdən sonra 6,1 və 6,3 bal gücündə daha iki zəlzələ baş verib.

Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Həmir şəhərində baş verən 6,1 bal gücündə zəlzələdən sonra, 6,1 və 6,3 bal gücündə daha iki zəlzələ baş verib.

Yerli vaxtla saat 02:02-də baş verən zəlzələnin 10 kilometr dərinlikdə olduğu qeyd edilib.

Zəlzələ nəticəsində 5 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilib.

Zəlzələ Hörmüzqan vilayətinin inzibati mərkəzi Bəndər Abbas şəhərində də hiss olunub və insanlar küçələrə axışıb. Zəlzələ nəticəsində bir çox binaya ziyan dəyib.

Xəbəri paylaş

VİDEOLAR