İranın cənub-şərqində qarşıdurmada bir kəşfiyyat əməkdaşı həlak olub

İranın cənub-şərqində qarşıdurmada bir kəşfiyyat əməkdaşı həlak olub

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasında baş verən qarşıdurmada bir kəşfiyyat əməkdaşı həlak olub.

Az.rasthaber.com xəbər verir ki, İran mediasının məlumatına görə, Sistanın Haş rayonunda və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasında toqquşma baş verib.

Hadisə ilə bağlı mətbuata açıqlama verən Haş Şəhər Polis İdarəsinin rəisi polkovnik Həbib Razdar qarşıdurma zamanı kəşfiyyat polisi Yasir Əbdülinin həyatını itirdiyini açıqlayıb.

Digər tərəfdən Sistan və Bəlucistan əyalətinin polis rəisi general Dustali Cəliliyan İranşəhər rayonunda narkotik qaçaqmalçılarına qarşı keçirilən əməliyyatda 2 qaçaqmalçının zərərsizləşdirildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR