İranın Britaniyadakı səfiri BBC Farscanı tənqid atəşinə tutdu

İranın Britaniyadakı səfiri BBC Farscanı tənqid atəşinə tutdu

"Sonra da deyirlər ki, biz jurnalistik. Xeyr, bu, iqtisadi terrorizm planında iştirakdır."

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın İngiltərədəki səfiri Həmid Bəiidinejad farsca BBC-yə qarşı şikayətdən xəbər verib.

Həmid Bəiidinejad öz tvitter səhifəsindəki mesajında yazıb: "Dünən gecə farsca BBC-nin aparıcısı öncədən hazırlanıb lentə alınmış Amerikadakı siyasi fəal Fərzanə Fəsihi ilə müsahibədə İranın iqtisadi şəraiti barədə çox yalan bir şərhlə açıq şəkildə xalqı banklardakı maliyyələrini təcili surətdə çıxarmağa çağırırdı. Sonra da deyirlər ki, biz jurnalistik. Xeyr, bu, iqtisadi terrorizm planında iştirakdır."

Xəbəri paylaş

VİDEOLAR