İranın BMT-dəki nümayəndəsindən ABŞ-ın danışıq təklifinə münasibət

İranın BMT-dəki nümayəndəsindən ABŞ-ın danışıq təklifinə münasibət

Rəvançi ABŞ-ın danışıqlara başlamaq və əməkdaşlıq barədə təklifini rədd edib.

İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançi ABŞ-ın danışıqlara başlamaq və əməkdaşlıq barədə təklifini rədd edib.  

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.  

Məlumata görə, Məcid Təxt-Rəvançi verdiyi açıqlama zamanı bildirib ki, ABŞ-ın əməkdaşlıq təklifini qəbul etmək mümkün deyil, bu ağlasığmazdır.

Çünki Vaşinqton İrana qarşı sanksiyalar tətbiq edir:  

"ABŞ-ın İrana və İran xalqına qarşı düşmənçiliyi davam etdirdiyi təqdirdə danışıqların heç bir mənası olmayacaq".  

Xatırladaq ki, ki, ABŞ-ın BMT yanında daimi nümayəndəsi Kelli Kraft BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bildirib. 

eastnews

Xəbəri paylaş

VİDEOLAR