İranın BMT-dəki daimi nümayəndəsi: Cavabımız lazımlı və məqsədəuyğun idi

İranın BMT-dəki daimi nümayəndəsi: Cavabımız lazımlı və məqsədəuyğun idi

İranın BMT-dəki daimi nümayəndəsi İrəvani İsrail rejiminə cavab vermənin İranın təbii haqqı olduğunu bildirərək deyib:“Təəssüf ki, ABŞ, İngiltərə və Fransa faktlara məhəl qoymamağa qərar verdilər”.

Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının “Yaxın Şərqdəki vəziyyət” iclasındakı çıxışında, İsrail rejiminin İran İslam Respublikasının Suriyadakı diplomatik qərargahına hərbi hücumlarını pisləyən və İranın bu cür dəhşətli hücumlara cavab vermək hüququnu tanıyan Təhlükəsizlik Şurasının üzvlərini təqdir edərək deyib: 

"İranın əməliyyatı tamamilə bizim BMT Nizamnaməsinin 51-ci maddəsində qeyd olunan və beynəlxalq hüquqda tanınan özünümüdafiə hüququmuzun həyata keçirilməsinə uyğun olaraq həyata keçirilib. Bizim reaksiyamız lazımlı və uyğun idi. Eyni zamanda, biz yalnız eskalasiya ehtimalını minimuma endirmək və mülki əhaliyə dəyən zərərin qarşısını almaq üçün hərbi hədəfləri vururuq".

İrəvani deyib:

“Təəssüf ki, ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla Təhlükəsizlik Şurasının bəzi üzvləri bir daha faktlara məhəl qoymamaq qərarına gəliblər. Bu üç ölkə öz səhlənkarlıqlarını və regionda sülh və təhlükəsizliyə dair beynəlxalq öhdəliklərini yerinə yetirməmələrini nəzərə almadan, ikiüzlü və saxta İranı ittiham etdilər. Altı aydan artıqdır ki, bu ölkələr, xüsusən də ABŞ İsrail rejimini Qəzzada törədilən qırğına görə məsuliyyətdən qoruyur".

Bu ölkələr İsrail rejiminin diplomatik məkanlarımıza hərbi hücumlarına qarşı İranın özünü müdafiə etmək hüququnu inkar etdikləri halda, özünümüdafiə bəhanəsi ilə sionist rejimin Qəzzə məzlum xalqına qarşı bütün qətl və soyqırımlarını qanuniləşdirib və ört-basdır ediblər.

İranlı diplomat çıxışını belə davam etdirib:

“İsrail rejiminin Dəməşqdəki konsulluğumuza qorxaqcasına terror və hərbi hücumundan sonra biz Təhlükəsizlik Şurasından bu qeyri-qanuni cinayət və terror aktını qətiyyətlə pisləməyi, günahkarların tezliklə mühakimə olunmasını təmin etmək və belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün qəti və müvafiq tədbirlər görməyi xahiş etdik. Təəssüf ki, Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması ilə bağlı öz mandatını yerinə yetirə bilmədi".

İrəvani deyib:

“Mövcud vəziyyətin əsas səbəbləri hər kəsə aydındır. İsrail rejiminin Qəzzada Fələstin xalqına qarşı müharibəsi başladığı gündən üçdə ikisi uşaq və qadın olmaqla 34 mindən çox dinc sakin həlak olub. Bütün mülki infrastruktur İsrail rejimi tərəfindən hədəfə alınaraq məhv edilib. Hətta humanitar qüvvələr də bu azğın rejimin hərbi hücumlarından qorunmayıb. İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi soyqırım və müharibə cinayətlərinə qarşı Şuranın hərəkətsizliyi bu rejimi öz pozuntularını davam etdirməkdə daha da təkəbbür göstərib".

İranın BMT-dəki daimi nümayəndəsi çıxışını belə davam etdirib:

“İsrail rejiminin region xalqlarına qarşı sabitliyi pozan və məsuliyyətsiz hərəkətləri və cinayətləri regional və beynəlxalq sülh və təhlükəsizliyə real təhlükədir. İsrail rejiminin baş nazirinin siyasəti hakimiyyətdə qalmaq üçün bölgədə münaqişəni genişləndirmək və şiddətləndirməkdir. Təhlükəsizlik Şurasının üzvləri Təhlükəsizlik Şurasının belə döyüşkən rejimin ambisiyalarının girovuna çevrilməsinə imkan verməməlidirlər. Təhlükəsizlik Şurasının öz məsuliyyətini üzərinə götürməsi və beynəlxalq sülh və təhlükəsizliyə bu çox real təhlükə ilə məşğul olmasının vaxtıdır. Təhlükəsizlik Şurası İsrail rejiminin təkəbbürünə cavab olaraq BMT Nizamnaməsinin 7-ci fəsli üzrə öz vəzifələrini tez bir zamanda yerinə yetirməlidir".

Xəbəri paylaş

VİDEOLAR