Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə telefon danışığı aparıb.
Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Rusiyada "Vaqner" böhranı və konstitusiya quruluşunun qorunması müzakirə edilib. Bundan əlavə, Rusiya ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb.
Regional məsələlərin də qiymətləndirildiyi görüşdə müdafiə sahəsində ikitərəfli təmasların davam etdirilməsi qərara alınıb.
Baş Qərargah rəisi general-mayor Baqiri telefon danışığında Sergey Şoyqunu Tehrana dəvət edib.