İranın ballistik raket sınağı ABŞ-ı narahat edib

İranın ballistik raket sınağı ABŞ-ı narahat edib

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller İranın 2000 kilometr mənzilli yeni ballistik raket sınağı ilə bağlı bildirib ki, Tehranın ballistik raketləri regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli təhdiddir.

Az.rasthaber.com xəbər verir ki, Miller mövzu ilə bağlı bu iddiaları irəli sürüb:

“İranın orta mənzilli ballistik raket sınağı, İranın ballistik raketlər hazırlayıb yerləşdirməsi regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır.

Biz İranın ballistik raket proqramının gələcək irəliləyişini cilovlamaq və onun raketləri və əlaqəli texnologiyaları digər ölkələrə yaymasının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla, müxtəlif əks tədbirlərdən istifadə etməyə davam edirik".

Xəbəri paylaş

VİDEOLAR