İranın Azərbaycandakı səfiri Aİ-nin Sepah-la bağlı qərarına münasibət bildirib

İranın Azərbaycandakı səfiri Aİ-nin Sepah-la bağlı qərarına münasibət bildirib

“Əgər İran İslam İnqilabı Keşikçilər Ordusu olmasaydı avropalılar 2023-cü ilin yanvarında öz küçələrində cəsədləri toplayardılar.”

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi tvitter səhifəsində yazıb.

O, Avropa Parlamentinin İslam İnqilabı Keşikçilər Ordusunu “terror təşkilatları” siyahısına salmasına belə münasibət bildirib:

“Terror təşkilatları 2004-2017 -ci illər ərzində, xüsusilə də 2015-2017 illərdə İraq və Suriyanın geniş ərazilərini nəzarətə götürmüş, buradan başlayaraq Avropanın cənubundan şimalında qədər çoxsaylı hücumlar planlaşım və həyata keçirmişlər. Əgər İran İslam İnqilabı Keşikçilər Ordusu olmasaydı avropalılar 2023-cü ilin yanvarında öz küçələrində cəsədləri toplayardılar.”

Xəbəri paylaş

VİDEOLAR