İranın Atom Enerjisi üzrə rəhbəri Rafael Qrossi ilə görüşüb

İranın Atom Enerjisi üzrə rəhbəri Rafael Qrossi ilə görüşüb

İranın Atom Enerjisi üzrə rəhbəri Məhəmməd İslami Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi üzrə rəhbəri Məhəmməd İslami yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossi ilə görüşüb.

Qeyd edək ki, MAQATE-nin direktoru Rafael Qrossi İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün dünən Tehrana gəlib.

Rafael Qrossini Tehranda İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi qarşılayıb.

Qrossi İran rəsmiləri ilə təmaslarını bitirdikdən sonra bu gün Tehrandan Vyanaya yola düşəcək.

Xəbəri paylaş

VİDEOLAR