İranın 2-ci vaksini sınağın son mərhələsindədir

İranın 2-ci vaksini sınağın son mərhələsindədir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlam yerli istehsalı olan "Noora" peyvəndinin sınağının son mərhələsinə çatdığını bildirib.

Rasthaber Azərbaycan Eastnews.org-a istinadən xəbər verir ki, o qeyd edib ki, "Noora" peyvəndinin sınağı yaxın bir neçə ayda son mərhələyə çatacaq:

"Bu peyvənd klinik sınaqların birinci mərhələsini uğurla keçib və hazırda ikinci mərhələsinə daxil olub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi və "Bəqiyyətallah" Tibb Elmləri Universitetinin mütəxəssisləri vaksinin istehsalını xüsusi diqqətlə izləyirlər"

Xəbəri paylaş

VİDEOLAR