ABŞ Ordusunun Qərargahının rəisi Mark Milley açıqlama verib
Rasthbaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusunun Qərargahının rəisi Mark Milley İran İnqilab Keşikçilərinin İranın 3 ayrı nöqtəsindən İraqdakı ABŞ hərbi bazalarına 16 qısa mənzilli raket atıldığını, onlardan 11-nin Ayn al Asas hərbi bazasına, birinin isə Ərbildəki hərbi bazaya tuş gəldiyini bildirib.
O İranın təkcə bazada binaları, qırıcıları deyil, şəxsi heyəti də hədəf aldığını, lakin önləyici tədbirlər zamanı itki vermədiyini önə çəkib.
İRNA-nın xəbərinə görə, İraqlı bir hərbi rəsmi hücum zamanı ABŞ-ın havadan müdafiə radarının tamamilə sıradan çıxdığını bildirib.
Bu rəsmi hücum zamanı bazanın strateji bir çox yerinin vurulduğunu da əlavə edib.
Bu arada sionist journalist ABŞ bazalarından 224 ABŞ-ın yaralı əsgərinin İsrail xəstəxanalarına çatdırıldığını xəbər verərək onların ABŞ təyyarəsilə İsrailə çatdırıldığını qeyd edib.